İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya mobil morqlar sifariş edib – səbəb açıqlanmayıb

Böyük Britaniya Daxili İşlər Nazirliyi “kütləvi ölümlərə hazırlıq” çərçivəsində mobil morqların alınması ilə bağlı qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə Norveçin Steigan nəşri məlumat yayıb.

Məlumata görə, Nazirlik £7,5 milyon (təxminən 803 milyon rubl) dəyərində müqavilə imzalayıb. Sazişə çadırların, mobil morqların və eyni vaxtda 700 cəsəd saxlaya biləcək soyuducu kameraların quraşdırılması daxildir.

Bununla belə, Britaniya hökuməti ictimaiyyətə bu addımın səbəbləri barədə heç bir açıqlama verməyib. Jurnalistlərin ehtimalına görə, hazırlıq müharibə, yeni pandemiya və ya xüsusi planlaşdırılmış böhranla əlaqədar ola bilər.  

 

Musavat.com

c6e80079-ce09-4edb-a2c9-6f96955a2239.jpeg (71 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR