İnsanlara hürriyət, millətlərə istiqlal!

Kansler: Almaniya yeni ticarət tərəfdaşları tapmalıdır

Almaniya ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişindən kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları tapmalıdır.

“Report”un xəbərinə görə, bunu Almaniya kansleri Fridrix Merts Berlində keçirilən "Açıq qapı" günündə deyib.

“Məsələn, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə oynamağa hazır deyillərsə, biz qlobal ticarəti necə idarə edə bilərik? Biz dünyada bizim fikirlərimizi bölüşən tərəfdaşlar axtarmalıyıq”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ticarət imkanları Cənubi Amerika, Asiya və Afrikada açıla bilər və bunlar qarşılıqlı faydalı olmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR