Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskva şəhərinin “Lujniki” stadionunda Ukraynada müharibənin başlanmasının ildönümünə həsr olunan konsertdə tamaşaçılar Putinin çıxışını gözləmədən oranı tərk etməyə başlayıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mitinq-konsertin ilk dəqiqələrində “Lujniki”nin tribunaları sürətlə boşalmağa başlayıb. İnsanlar Rusiya bayraqlarını yerə ataraq stadiondan çıxıblar.
Bəzi tamaşaçılar könüllülərin etirazına baxmayaraq, stadionda verilən örtükləri də özləri ilə bərabər götürüblər. Digərləri isə stadionun özündə çox soyuq olduğundan tualetdə isinməyə çalışıblar. “Mən başa düşə bilmirəm ki, Sobyanin (mer) niyə ölkənin əsas stadionunda istilik sistemi quraşdıra bilmir. Bu, insanları ələ salmaqdır, burada oturub donuruq” - deyə tamaşaçılardan biri “Mojem obyasnit” saytına danışıb.
Müsahibə götürülənlərin demək olar ki, hamısı tədbirə gəlməyə məcbur olduqlarını bildiriblər. Əsasən bunlar sektorlar üzrə oturmuş büdcə qurumlarının işçiləridir. Tribunada qalan tamaşaçılar özlərini kifayət qədər süst aparıb, aparıcıların səsləndirdiyi şüarlara cavab verməyiblər. Konsertdə Rusiya hakimiyyətinin və Vladimir Putinin tərəfdarları – “Lyube” qrupu, aktyorlar Dmitri Dyujev və Aleksandr F. Sklyar, “Qorod 312” qrupu iştirak edib. Səhnədə Ukraynadakı işğalçı müharibənin iştirakçıları və həlak olan əsgərlərin valideynləri də çıxış ediblər.
Qeyd edək ki, stadiondan başqa küçədə də digər bir konsert keçirilir. Lakin insanlar daha çox pulsuz ətli qarabaşaq yarması ilə maraqlanıblar, onun arxasında uzun növbə düzülüb.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ