Onlayn ictimai-siyasi qəzet
Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.
Musavat.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ