Onlayn ictimai-siyasi qəzet
Şamaxıda torpaq sürüşməsi baş verib.
Şamaxı-Qızmeydan yolunun altıncı kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində qayadan qopan iri daş parçaları yol kənarına tökülüb.
Sürüşmə asfalt örtüyünə də ciddi ziyan vurub.
Sürücülərin sözlərinə görə, yol kənarına tökülən qaya parçaları hərəkətə maneə törədir:
"Adıçəkilən yolda ilk dəfə hərəkət edən, yola nabələd olan insanlar buradakı maneələrlə qarşılaşaraq idarəetməni itirə bilərlər. Təklif edərdim ki, buradan gedib-gələn sürücülər həmişə ehtiyatlı olsunlar".
19 saylı xüsusi təyinatlı yol istismar sahəsindən məsələ ilə bağlı bildirilib ki, son zamanlar yağan güclü yağışlar nəticəsində yollarda bir çox fəsadlar əmələ gəlib və bunun nəticəsində bəzi yerlərdə sürüşmələr qeydə alınıb:
"İdarəmiz çərçivəsində bir çox işləri görmüşük. Yolun əsaslı təmiri nəzərdə tutulub".
Daha ətraflı Baku TV-nin materialında:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ