Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Rostov vilayətində yerli sakin tanışını zibil qutusuna itələdiyi üçün nəzarətə götürülüb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
Sentyabrın 17-də Kurçatova küçəsində yerləşən hündürmərtəbəli binada kişi ilə qadın arasında mübahisə yaranıb. Münaqişə zamanı rusiyalı 32 yaşlı tanışını tutub, qollarını onun ayaqlarına dolayıb və güclə qaldıraraq zibil qutusunun kanalına itələyib.
Zərərçəkmiş altı mərtəbədən uçaraq birinci mərtəbədə quraşdırılmış zibil qutusuna düşüb. Qadın sağ qalıb və çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Həmin şəxs barəsində cinayət işi başlanıb, məhkəmə həbs qətimkan tədbiri seçib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. (Publika.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ