Onlayn ictimai-siyasi qəzet
Ukrayna hakimiyyəti Qərb tərəfdaşlarından “Gripen” və “Eurofighter Typhoon” döyüş təyyarələrini almaq üçün danışıqlar aparır.
“Report” xəbər verir ki, bu açıqlama ilə Ukraynanın müdafiə naziri Rustem Umerov çıxış edib.
Onun sözlərinə görə, artıq “F-16” və “Mirage” qırıcılarının Kiyevə təhvil verilməsi ilə bağlı razılaşmalar var:
“Gripen” və “Eurofighter Typhoon” qırıcıları ilə bağlı danışıqlar davam edir. Tezliklə elan edə biləcəyimiz nəticələr olacaq”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ