İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyülərək barmağı qırılan Kərim TOYDA: Bu dəfə yenə ona yaxınlaşdılar... - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov bir neçə gün əvvəl paytaxtın məşhur məkanlarından birində toyda döyülüb.

Musavat.com titul.az-a istinadla xəbər verir ki, insident zamanı barmağı qırılan və müxtəlif xəsarətlər alan Kərim həmin olaydan sonra ilk toyuna gedib.

Bu dəfə müğənni toyda yenidən gözlənilməz qonaqla qarşılaşıb. Amma bu dəfə ona uzun illərdir Rusiyada yaşayan doğma qardaşı yaxınlaşıb.

Onların səmimi görüntülərini təqdim edirik:

Qeyd edək ki, müğənni Kərim dünən axşam saatlarında toyda döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi üçün baş verib. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR