Onlayn ictimai-siyasi qəzet
Dələduzluq ittihamı ilə hazırda Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayev həbs olunmazdan əvvəl hərbi hissəni tərk edərək Moskvaya gəldiyi üçün onu intizam tənbehi və ya ordudan qovulma gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, o, beşinci briqadada xidmət edib. Lakin, həmkarları məşhur vəkili uzun müddətdir görmədiklərini bildiriblər.
Bildirilir ki, hazırda aktiv döyüşlər səbəbindən heç kimə məzuniyyət verilmir.
Hərbçilər qeyd ediblər ki, Moskvaya getməyin yeganə yolu isə iş səfəridir, lakin onların heç biri Paşayevə belə səfərə icazə verilməsi haqqında heç nə eşitməyib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ