İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda DƏHŞƏTLİ PARTLAYIŞ - Ölənlərin sayı 50 nəfəri ötdü

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir. (Report)

***

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Musavat.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində azı 19 nəfər ölüb.

Regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundinin sözlərinə görə, partlayışda yaralananların sayı 17 nəfərdir.

Məlumata görə, mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR