İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda qar uçqunu 3 nəfərin ölümünə səbəb olub

Fevralın 26-dan 27-nə keçən gecə Düşənbə-Çanok magistralının Şəhriston aşırımında "Musso" markalı avtomobil qar uçqunu altında qalıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, üç nəfər yerindəcə dünyasını dəyişib. Digər sərnişin isə Şahriston rayon xəstəxanasına yerləşdirilib.

Düşənbə-Çənək yolunun 153-cü və 156-cı kilometrləri arasındakı keçidin birdən 3 qar uçqunun düşdüyü dəqiqləşdirilir. Artıq fəsadlar aradan qaldırılıb, nəqliyyatın hərəkəti bərpa olunub.

Xatırladaq ki, iki həftə əvvəl, 2023-cü il fevralın 15-də Tacikistanın Xoroq şəhərində qar uçqunu nəticəsində 20 nəfər həlak olmuşdu.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR