İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşaya getmədən Türkiyəyə dönsəm, mənimçün çox pis olacaq” - türkiyəli siyasətçi

Qardaş Türkiyənin tanınmış siyasət adamlarından biri, sabiq millət vəkili, Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı İsa Yaşar Tezel Azərbaycanda səfərdədir. Azərbaycan sevdalı İsa Yaşar Tezel Musavat.com-a açıqlamasında bildirdi ki, budəfəki səfər bir başqadır. “8 noyabr zəfərindən sonrakı gəlişimdə Vətən gözümə daha gözəl göründü. Hər kəsə salam və sayğılar ərz edirəm, Qarabağ Zəfərimizlə bağlı təbriklərimi çatdırıram”, deyən İsa bəy ən böyük diləyini də açılqladı: “Ən böyük arzum Şuşada olmaqdır. Türkiyədən Azərbaycana budəfəki səfərim də Şuşanı ziyarət istəyimlə bağlı oldu. Bununla bağlı Pənah bəyin (Pənah Hüseynin-E.P.) də yardımı ilə sənədlərimizi, müraciətimizi Azərbaycanın rəsmi qurumlarına göndərmişik, cavab gözləyirik. Bir onu bilirəm ki, Şuşaya getmədən Türkiyəyə dönsəm, mənimçün çox pis olacaq”.

Sabiq millət vəkili qeyd etdi ki, indiyədək nəinki Şuşada, Bakı və Zaqatala xaric, Azərbaycanın başqa heç bir bölgəsində olmayıb: “Mən 30 dəfə Azərbaycana gəlib-getmişəm, amma elə Bakıda qalıb, geri dönmüşəm. Budəfəki səfərimdə çalışıram ki, rayonlara da gedim, oraları görüm. Ən əsası da Şuşanı...”

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR