İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa-Xankəndi yolunda 44 göyərçin havaya buraxıldı - VİDEO, FOTOLAR

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam edir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Şuşada - Xankəndi-Laçın yolu üzərində keçirilən dinc aksiyanın iştirakçıları havaya sülhün rəmzi olan 44 ədəd göyərçin buraxıblar.

Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.

Məhəmməd Türkmən
Qarabağ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR