İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa Bəyannaməsi Türk Dünyasının yeni zəfərlərinə açılan qapıdır”- Əziz Ələkbərli

“Şuşa Bəyannaməsi Azərbaycanın ən yeni tarixində 44 günlük Vətən Müharibəsində qazandığımız şanlı Zəfərdən və 10 noyabrda məğlub Ermənistanı imzalamağa məcbur etdiyimiz kapitulyasiya sənədindən sonra növbəti tarixi uğurumuzdur. Əgər biz 10 noyabr Bəyannaməsi ilə Zəfərimizi rəsmiləşdirdiksə, 15 iyun Şuşa Bəyannaməsi ilə bu Zəfərin əbədiliyini təmin etdik”.

Deputat Əziz Ələkbərli bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. 15 iyunda bir ili tamam olan Müttəfiqlik Bəyannaməsindən bəhs edən millət vəkili qeyd etdi ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığına ucaldılan tarixi abidədir: “Bu Bəyannamə Azərbaycan-Türkiyə müttəfiqliyini bütün müstəvilərdə gerçəkləşdirən bir sənəddir. Bu Bəyannamə sayəsində ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə etməklə həm də bölgədə inteqrasiya proseslərini stimullaşdırır, dayanıqlı sülhə yol açır. Şuşa Bəyannaməsi sayəsində dünya birdəfəlik bildi ki, harada Türkiyə varsa, orada Azərbaycan var, harada Azərbaycan varsa, orada Türkiyə var!”

Ə.Ələkbərli bildirdi ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verirsə, bu həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsidir: “Bu gün hansısa güclər Türkiyə üçün təhdiddirsə, həm də Azərbaycan üçün təhdiddir. Hər iki dövlət tərəfindən cavab da adekvat olacaq. Bəyannamədə Azərbaycanla Türkiyə arasında nəzərdə tutulan hərbi əməkdaşlıq xüsusilə çox böyük strateji əhəmiyyət daşıyır. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini daha da artıracaq. Bir sözlə, Şuşa Bəyannaməsi Türk Dünyasının yeni zəfərlərinə açılan qapıdır!”

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR