İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ! Bunu etməsəniz 50 AZN cərimələnəcəksiniz - VİDEO

Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bi gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Xəzər TV-yə deyib ki, qüvvədə olan qanunvericilikdə təyin edilən müddət dəyişdirilməyib. İndi sadəcə dövlət qeydiyyatı ilə bağlı müddəa daha da dəqiqləşdirilib və rəng amili açıq formada göstərilib.

Ekspert tövsiyə edir ki, mütləq sürücülər rəng dəyişəndən sonra verilən müddət ərzində müraciət etsinlər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyşikliklər yanvarın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə görə, əgər rəng dəyşikliyi ediləndən 10 gün müddətinə avtomobil dövlət qeydiyyatına təqdim edilməsə, sahibi 50 manat məbləğində cərimə ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR