İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ! - Bu gündən cərimə...

İnzibati Xətalar Məcəlləsinə dünən edilən və bu gün qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.

Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O əlavə edib ki, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisi (DYP) əməkdaşlarına aiddir:

"Dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) Bakı Nəqliyyat Agentliyinin (BNA) cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır"./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR