İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifəti Tartusa GİRDİ: Rusiya hərbi bazası TƏHLÜKƏDƏ

Suriya müxalifət qüvvələri Aralıq dənizi sahilində yerləşən və strateji əhəmiyyətə malik Tartus şəhərinə daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Tartusda Rusiya Hərbi Dəniz Qüvvələrinin böyük bir bazası yerləşir və bu baza, Rusiyanın Suriya ilə olan hərbi əlaqələrinin mərkəzlərindən biridir.

Tartus Rusiya üçün yalnız hərbi baxımdan deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Çünki bu baza, Moskvanın Suriya üzərindəki təsirini və mövqeyini gücləndirmək üçün istifadə etdiyi əsas nöqtələrdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR