İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Sarkisyan: Bizim “gəmi komandirimiz” situasiyanı idarə etmək iqtidarında deyil

“Biz qlobal təlatümlərin mərkəzində olduq və təəssüf ki, “gəmi komandirimiz” situasiyaya yiyələnmək və düzgün həll yollarını tapmaq iqtidarında deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Sərkisyan tərəfindən səslənib.

Onun sözlərinə görə, diplomatiyada imkanlar tükənmir, yəni ən çətin vəziyyətdə belə, ən ağır xarici və daxili siyasi təlatümlər fonunda hər zaman həll yolları tapıla bilər. Lakin bunun üçün rəhbərin qabiliyyət, bilik və təcrübəsi olmalıdır ki, bu da Ermənistanı idarə edənlərdə çatmır.

Erməni politoloqun sözlərinə əsasən, həm Qərb, həm də Rusiya sırf öz maraqlarından irəli gələrək bölgədə siyasət həyata keçirirlər.

“Təbii ki, Rusiya da regionda mövcudluğunu saxlamaq üçün hər şeyi edəcək, dondurulmuş münaqişələr vasitəsilə olmasa da, başqa yolla...”, – deyə Suren Sarkisyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR