İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt Reabilitasiya Mərkəzində YANĞIN - YENİLƏNİB

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb. 

***

12:47

Sumqayıtda yanan tikilinin narkomanlar üçün  Reabilitasiya Mərkəzi olduğu məlum olub.

Hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.

***

Sumqayıtda tikilidə yanğın başlayıb.

Hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

FHN-dən "Report"a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.//Report

@@TVmusavat/109902@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR