İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Zelenskinin doğma şəhərini BOMBALADI: Ölənlər və xeyli yaralı var... – CANLI

Martın 5-i axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib. Bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb. Onun sözlərinə görə, raketlərdən biri otelə düşüb. Nəticədə 3 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Sergey Lisak isə bildirib ki, raket hücumu nəticəsində otellə yanaşı 14 çoxmərtəbəli mənzil, poçt şöbəsi, mədəniyyət idarəsi, 12 mağaza və 20-yə yaxın avtomobilə ziyan dəyib. Ukrayna Prezidenti Vladimir Zelenski Krivoy Roq şəhərində anadan olub.

Rusiya ordusu Donetsk vilayətinin Andreyevka yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində Andreyevka qəsəbəsini işğal edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Mərkəz” qoşun qrupunun bölmələri “Donetsk Xalq Respublikası”nın Andreyevka qəsəbəsini azad edib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR