İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanır: Anbarlarda 100 milyon yumurta var

Xəbər verdiyimiz kimi, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır.

Bu ilin yanvarında yumurta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə bahaşıb. Əksər market şəbəkələrində yumurta alışına say məhdudiyyəti tətbiq olunub. Bəzi günlərdə 1 yumurta 1 dollara qədər bahalaşıb. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib. Artıq qardaş Türkiyədən ABŞ-yə yumurta ixracına başlanıb.

Musavat.com Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına istinadən xəbər verir ki, ölkənin ən böyük quşçuluq təsərrüfatlarından biri olan Giləzi Quşçuluq ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır.

Assosiasiyadan verilən məlumata görə, yumurta Türkiyənin Mersin limanına, oradan isə gəmilərlə ABŞ-yə çatdırılacaq.

Qarşıdan yumurta istehlakının kəskin artdığı Novruz bayramı gəlir. ABŞ-yə ixracın başlanması Azərbaycanda yumurta qiymətlərinə artırıcı təsir göstərəcəkmi? Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, heç bir təsir olmayacaq: “Bildiririk ki, ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR