Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Napoleon və Hitleri Fransa prezidenti Emmanuel Makronun sələfləri adlandırıb, onlar da Rusiya ilə döyüşmək və onu məğlub etmək istəyirdilər.
Musavat.com Aİf.ru saytına istinala xəbər verir ki, nazir Napoleon və Hitlerin Makrondan fərqli olaraq birbaşa öz istəklərindən danışdıqlarını qeyd edib.
“Rusiya ilə döyüşmək istəyən sələflərindən (Napoleon, Hitler) fərqli olaraq, Makron çox da birbaşa hərəkət etmir. Onlar birbaşa deyirdilər: “Biz Rusiyanı fəth etməliyik”. Makron da eyni şeyi istəyir, amma deyir ki, Fransanı məğlub etməməsi üçün Rusiya ilə mübarizə aparmaq lazımdır”, - Lavrov Zimbabve xarici işlər naziri Amon Murvira ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Lavrov bir müddət əvvəl öz reputasiyasını qorumağa çalışan Makronun düşünülməmiş addımlar ata biləcəyi ilə bağlı fikir bildirib.
Bir gün əvvəl Makron xalqa müraciətində “Rusiya təhlükəsi”nin mövcudluğunu bəyan edib və Avropanı qorumaq üçün Fransanın nüvə silahından istifadə ilə bağlı müzakirələrə başlamağa çağırıb.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ