Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
***
13:14
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.//Report
ŞƏRHLƏRŞƏRH YAZ