İnsanlara hürriyət, millətlərə istiqlal!

Stüardessa Hökumə Əliyevanın atası: "Yaşamaq çətindir"

AZAL-ın təyyarəsinin qəzaya uğraamsı nəticəsində vəfat edən stüardessa Hökumə Əliyevanın atası ilk dəfə açıqlama verib.

Cəlil Əliyev jurnalistlərə açıqlamasında övladının arzularından və uğurlarından danışıb. O bildirib ki, Hökümə işlədiyi dövrdə 100-dən çox ölkə gəzib:

"Doktranturanın son kursunda idi. Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda işləyirdi. Sonra da imtahan verdi və burada işləməyə başladı. Arzuları çox idi. Dünyanın 100-dən çox ölkəsini gəzmişdi".

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri Xiyabanda dəfn olunacaqlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR