Onlayn ictimai-siyasi qəzet
Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm.
Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?
Musavat.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.
Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə diş həkimi tərəfindən sizə nəzarət-kassa aparatı çeki təqdim edilməlidir və stomatoloq ƏDV qeydiyyatında olduğu halda, əldə etdiyiniz tibbi xidmətlərə görə ƏDV-nin geri qaytarılması həyata keçirilə bilər.
Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi.
Afaq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ