Onlayn ictimai-siyasi qəzet
Keçmiş NATO baş katibi Yens Stoltenberq gəncliyində SSRİ kəşfiyyatının diqqət mərkəzində olub və ona "Steklov" ləqəbi verilib.
Musavat.com xəbər verir ki, bu haqda Rusiya Baş Kəşfiyyat İdarəsinin veteranı, Hərbi-Diplomatik Təhlil və Qiymətləndirmə Mərkəzinin rəhbəri Vladimir Vinokurov "RIA Novosti"yə müsahibəsində deyib.
Qeyd edək ki, NATO-nun keçmiş baş katibi oktyabr ayında "Financial Times" qəzetinə müsahibəsində Norveçdə Sovet Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əvvəlki əlaqələrini açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, 1980-ci illərdə bir neçə dəfə KQB nümayəndələri ilə görüşüb. Stoltenberq həmin dövrdə Norveç əks-kəşfiyyatı ilə əməkdaşlıq çərçivəsində "Kirilov" soyadlı bir agenti ələ keçirməyə çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ