Onlayn ictimai-siyasi qəzet
1998-ci ildə deputat Qalina Starovoytovanın qətlinin təşkilində təqsirli bilinən Dövlət Dumasının keçmiş deputatı Mixail Qluşenko Kiprdə üç adamın qətlini təşkil etməkdə təqsirli bilinib.
Musavat.com Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin mətbuat katibi Darya Lebedeva Telegram kanalında məlumat verib.
Münsiflər heyəti Qluşenkonu sahibkarlar Vyaçeslav Şevçenko, Yuri Zorin və tərcüməçi Valentina Tretyakovanın qətlinin təşkilində təqsirli bilib. Faciə 2004-cü ilin martında baş verib. Lebedeva aydınlaşdırıb ki, iş üzrə cəza daha sonra açıqlanacaq.
2013-cü ildə Sankt-Peterburq məhkəməsi Vyaçeslav Şevçenkodan hədə-qorxu ilə pul tələb etmə işi üzrə Qluşenkonu 8 il müddətinə azadlıqdan məhrum edib. 1992-ci ildən deputat Sankt-Peterburqda iş adamlarına himayədarlıq edir və bunun üçün ayda 50 min dollar tələb edir. Şevçenko deputata pul vermək istəməyib, daha sonra Qluşenko sahibkarı və ailəsini öldürməklə hədələyərək ondan 10 milyon dollar verməsini və ya “Metropol” otelini nominal qiymətə satmasını tələb edib.
“Fontanka” qəzetinin yazdığına görə, Qluşenko Şevçenkonu biznes tərəfdaşı adlandırıb və günahını etiraf etməyib. Bu günə qədər Kiprdə həmin üç qətl işinə görə yalnız icraçı müəyyən edilib - o, beynəlxalq axtarışdadır.
Mixail Qluşenko Rusiyanı 2002-ci ildə tərk edib. 2009-cu ildə o, Şevçenkodan hədə-qorxu ilə tələb edilməsi işi üzrə saxlanılıb, bundan sonra ona qarşı qətlin təşkili maddəsi ilə cinayət işi açılıb. 2021-ci ilin iyununda keçmiş deputata bu iş üzrə ittiham irəli sürülüb.
2015-ci ildə Qluşenko 1998-ci ildə deputat Starovoytovanın qətlini təşkil etməkdə ittiham olunaraq, 17 il müddətinə ciddi rejimli koloniyada cəzaçəkməyə məhkum edilib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ