İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kızılcık şerbeti” ilə bağlı araşdırmalar başladı - Yayımı dayandırılacaqmı?

Türkiyənin Televiziya və Radio Şurası (RTÜK) “Kızılcık şerbeti” serialı ilə bağlı araşdırma başladıb.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, qurumun yaydığı açıqlamada ekran işində göstərilməyə başlayan Doğa-Firaz münasibətlərinin cəmiyyətin bir hissəsində narazılıq yaratdığı və buna görə araşdırma aparılması qərara alındığı qeyd olunur.

RTÜK-ün məlumatında bildirilir:

“İctimaiyyətdən daxil olan çoxsaylı şikayətlər nəzərə alınıb. Sözügedən layihə ilə bağlı “zəruri tədbirlər” təxirəsalınmadan həyata keçiriləcək. Xüsusilə “Ailə İli” çərçivəsində ailə institutuna və ictimai dəyərlərə zərər verə biləcək heç bir məzmun qəbul edilməyəcək”.

RTÜK belə hallara biganə qalmayacağını və tələb olunan addımları qətiyyətlə atacağını vurğulayıb.

Hazırda Türkiyə ictimaiyyətində əsas müzakirə mövzusu bu serialın gələcək taleyinin necə olacağıdır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR