İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın seçki planı Rusiyanın “əlinə keçdi”-nələr var?

“Seçkilərə cəmi 9 ay qalıb və Ermənistan hakimiyyətinin seçkiqabağı təşviqat məntiqində əsas addımlarının konturları artıq üzə çıxır. Son bəyanatların və hərəkətlərin təhlili göstərir ki, Paşinyan komandası yaxın gələcəkdə cəmiyyətlə işləmək üçün ən primitiv, eyni zamanda ən təhlükəli üsullara arxalanmağa davam edəcək”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Erməni İttifaqının saytı yazır.

“Hakimiyyət getdikcə daha çox iddia edəcək ki, onların siyasəti “xalqın iradəsi”dir. Beləliklə, istənilən səhvlər və güzəştlər, o cümlədən milli təhlükəsizlik və suverenlik məsələləri “ümumi seçim”in nəticəsi kimi təqdim olunacaq” deyə, xəbərdə bildirilir.

İddia olunur ki, seçki yaxıənlaşdıqca Paşinyan “xalq narazı olsaydı, onsuz da inqilab olardı” ruhunda səsləndirdiyi fikirlər getdikcə daha çox səslənəcək.

Daha bir iddia budur ki, “sülh Ermənistan üçün yeni güzəştlərə, suverenliyin məhdudlaşdırılmasına və daha çox ərazi itkilərinə çevrilsə belə, hakimiyyət “biz sülhü qoruduq” ritorikasından istifadə edəcək”. Maraqlıdır ki, Zəngəzur yolunun açılması perspektivini Rusiyaya bağlı sayt Erməınistanın parçalanması planı kimi izah edir: “Paşinyanm hakimiyyəti seçiciləri o qədər çaşdırmaq istəyir ki, məğlubiyyətləri qələbə kimi, “Tramp yolu+Zəngəzur dəhlizi”nin həyata keçirilməsi ilə Ermənistanın faktiki parçalanmasını isə “gələcək naminə strateji zərurət” kimi qəbul etsinlər”. 

68754_large.jpg (25 KB)

O da bildirilir ki, seçki yaxınlaşdıqca hökumətin ünvanına hər hansı tənqid “sülh və sabitliyə təhdid” kimi təqdim olunacaq: “Müxalifət Paşinyan komandasının fəal şəkildə gördüyü işlərdə - “dövlətçiliyi məhv etmək cəhdlərində” ittiham olunacaq.

Məqsəd sadədir: istənilən alternativ siyasi qüvvələrin əhalisində irrasional qorxu yaratmaq.” Paşinyanm hakimiyyətinin yalançı sosioloji araşdırmalar dərc ediləcəyini də proqnozlaşdırılır. “Hökumət bunu “siyasi kursun doğruluğunun sübutu” kimi təqdim edərək beynəlxalq strukturlara və xarici tərəfdaşlara (AB, ABŞ) istinad edəcək. Bununla da cəmiyyətə belə bir fikir aşılanacaq ki, hakimiyyətdəki hər hansı şübhə dünya ictimaiyyətinə şübhədir” deyə, məqalədə bildirilir.

İddialardan biri də budur ki, Paşinyan hakimiyyətinin “Yeni Ermənistan”, “Gələcəyin erməniləri”, “əsl Ermənistan” şüarlarının arxasında ölkənin təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edə biləcək heç bir strateji plan, konkret addımlar durmur. “Hakimiyyət insanları qorxudacaq: getsələr, müharibə başlayacaq. Başqa sözlə, əhalinin külli miqdarda şantajı həyata keçiriləcək. Ankara da, Bakı da mövcud siyasi arxitekturanın qorunub saxlanmasında son dərəcə maraqlıdır, çünki onlar Paşinyan hökumətini Ermənistanı parçalamaqla “Böyük Turan” layihəsini həyata keçirmək üçün tarixi şans kimi görürlər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR