İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Azərbaycanı "xüsusi hərbi əməliyyat"la təhdid edir - səbəb Böyük Britaniya ilə yaxınlaşmamız...

Musavat.com xəbər verir ki, Birləşmiş Krallıq Azərbaycanın strateji tərəfdaşı olduğunu elan edib. Bu barədə məlumatı Britaniya Xarici İşlər Nazirliyi yayıb.

Avropa məsələləri üzrə nazir Stiven Douti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Danışıqlarda Ermənistan–Azərbaycan sülh prosesi, Rusiya–Ukrayna müharibəsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşün nəticəsi olaraq, iki ölkə münasibətlərinin statusu yüksəldilərək "Strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılıb. Bu addım Azərbaycanın Qərblə əməkdaşlığında yeni mərhələnin başlanğıcı hesab olunur.

Musavat.com xatırladır ki, iyunun əvvəlində rəsmi London Qazaxıstanla hərbi əməkdaşlıq haqqında saziş imzalamışdı. Sənəddə sülhməramlı hazırlığı, dil hazırlığı və qazaxıstanlı hərbi qulluqçuların Birləşmiş Krallığın ali hərbi təhsil müəssisələrində təhsili nəzərdə tutulur.
Bundan əlavə, Böyük Britaniyanın xarici işlər naziri Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələrinin inkişaf layihələrinə qarşıdakı üç ildə 50 milyon funt sterlinq ayıracağını elan edib... 

british-government.jpg (350 KB)

Bu siyasi gəlişmə Kremldə ciddi narahatlıq yaradıb. Musavat.com gün ərzində Rusiya mediasını izləyib. Moskva narahat və qəzəblidir. Məsələn, Kremlin təbliğat maşınının “sadiq itlərindən” hesab edilən Mardan bu gün öz yazılarında və verilişlərində Azərbaycanın Britaniya ilə yaxınlaşmasını hədəfə alıb. O, hətta “növbəti xüsusi hərbi əməliyyatın Azərbaycanda, yoxsa Qazaxıstanda başlayacağı” kimi təhdidedici tezislər səsləndirib.

Bu, təsadüfi deyil. Çünki Moskva uzun müddətdir ki, Azərbaycanın həm Böyük Britaniya, həm də Ukrayna ilə münasibətlərini genişləndirməsindən narahatdır. Rusiyanın ideoloji köpəkləri – Kabanov, Mardan, Solovyov, Zatulin və digərləri – ardıcıl şəkildə Azərbaycana qarşı informasiya hücumu aparır, ölkəmizi guya “Qərbin əlində alət” kimi təqdim etməyə çalışırlar.

Azərbaycanın xarici siyasəti müstəqildir və Bakı öz maraqlarına uyğun şəkildə tərəfdaş seçir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq isə həm enerji, həm təhlükəsizlik, həm də siyasi istiqamətlərdə Bakının mövqeyini gücləndirir. Kremlin təhdidləri isə bu güclənmənin qarşısını almağa hesablanıb. 

7cc1501260accab9ecd53e583bfd9c55.jpg (232 KB)

Reallıq budur ki, Moskva artıq nə Azərbaycanın qərarlarını diktə edə, nə də onun beynəlxalq kursunu müəyyənləşdirə bilir. Bu səbəbdən, Kremlin “informasiya itləri” ekranlarda və mətbuatda daha da aqressivləşirlər.

Azərbaycanın Britaniya ilə yaxınlaşması isə yalnız bir mesaj verir: Bakı öz strateji yolunu seçib və bu yol regionda sülh, təhlükəsizlik və tərəfdaşlıq üzərində qurulub.

Bizi xüsusi hərbi əməliyyatla (SVO) hədələməyə gəldikdə isə, Rusiyanın bu addımı atmağa nə gücü, nə də imkanı var. Çünki Azərbaycan nə asan yemdir, nə də kimsənin qaşlarını çatması ilə qorxacaq ölkədir. Azərbaycan ordusu güclü, dövləti qətiyyətlidir və xalqı möhkəm iradəyə sahibdir. Biz Rusiyadan nə qorxuruq, nə də çəkinirik. Əgər vətənimizə qarşı hər hansı müdaxilə olsa, Rusiya bunun cavabını qətiyyətlə alacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR