Onlayn ictimai-siyasi qəzet
"Real Madrid" baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında La Liqanın ilk dörd turunda maksimum nəticə qazanıb.
Paytaxt komandası dünən "Real Sosyedad"ı yenərək (2:1) son 16 ildə ilk dəfə ardıcıl 4-cü çempionat matçında zəfərə sevinib.
"Real" 2009-cu ildə, Manuel Pelleqrininin dönəmində startda 4 qələbə ilə diqqət çəkmişdi.
Qeyd edək ki, "Kral klubu" ötən mövsümün sonunda italiyalı mütəxəssis Karlo Ançelotti ilə əməkdaşlığa son qoyub və onun pistu Alonsoya tapşırılıb. Ançelotti hazırda Braziliya millisinin baş məşqçisidir. (fanat.az)
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ