İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın oğlu podiuma çıxdı - VİDEO

İlon Maskın transseksual qızı, 21 yaşlı Vivyen Cenna Vilson Nyu-York Moda Həftəsində model kimi debüt edib.

Musavat.com xəbər verir ki, o, yeni yaz-yay 2026 kolleksiyasından “Prabal Gurung” geyimində podiuma çıxıb.

 
 

Xatırladaq ki, 2022-ci ilin yayında İlon Maskın oğlu Xavier Alexander Maskın cinsini və adını Vivyen Cenna Vilson olaraq dəyişdirmək qərarına gəldiyi məlum olub. 18 yaşında gənc oğlan ABŞ-ın Santa-Monika ştatının Los-Anceles dairəsinin Ali Məhkəməsinə müvafiq ərizə ilə müraciət edib.

Eyni zamanda  Maskın birinci həyat yoldaşı, kanadalı yazıçı Justine Vilsondan olan altı uşağından biri olan Vivyen məşhur atası ilə heç bir əlaqəsi olmasını istəmədiyini bildirib:

“Uzun müddətdir ki, bioloji atamla yaşamıram və onunla heç bir əlaqədə olmaq istəmirəm”.

İlon Mask qeyd edib ki, oğlu “oyanmış zehin virusu tərəfindən öldürülüb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR