İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun nikahdankənar uşaqlarının anasının ərinə zərbə

Litva Daxili İşlər Nazirliyi iş adamı Adolfos Kaminskası ölkə vətəndaşlığından məhrum etmək qərarına gəlib. O, Rusiya müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni doğulan uşaqlarının anasının həyat yoldaşı kimi tanınır.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb.

Nazirlik vətəndaşlığın ləğvinə səbəb olaraq Kaminskasın Rusiya pasportunu almasını göstərib.

Rusiya məlumat bazalarına görə, Kaminskas 2022-ci ilin yazından gec olmayaraq Rusiya vətəndaşlığına malik olub. Oktyabrın 17-də ona Litva Miqrasiya Departamentindən eyni anda iki ölkə pasportunun olmasını əsaslandırmaq tələbi ilə sorğu göndərilib. Litvalılar başqa bir dövlətin pasportunu aldıqda və bunun üçün xüsusi şərtlər olmadıqda vətəndaşlıqlarını itirirlər.

Kaminskasın pasportunun ləğvi onun azyaşlı uşaqlarının, o cümlədən ögey qızının (yəni Sergey Şoyqunun qızının) vətəndaşlığını itirməsinə gətirib çıxara bilər. Bu isə həm də Avropa İttifaqı vətəndaşlığından məhrum olmaq deməkdir.

Kaminskasın həyat yoldaşı Yelena Rusiya Fövqəladə Hallar Nazirliyinin uçuş heyətinin keçmiş stüardessasıdır. Sergey Şoyqu həmin idarəyə 21 il rəhbərlik edib. Yelena Kaminskas hazırda bizneslə məşğuldur. Onun şirkəti Rusiya Müdafiə Nazirliyinin əsas podratçılarından biri sayılır və dövlət büdcəsindən milyardlarla pul alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR