İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! "Xüsusi təyinatlı" terrorçu BELƏ MƏHV EDİLDİ - MİT-dən nöqtə əməliyyatı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın qırmızı bülletenlə axtarışda olduğu "xüsusi təyinatlı" cəbhə zabiti Eyvaz Bəyazı İraqın Dohuk-Qara bölgəsində keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, Zerdeşt Karadeniz kod adlı Eyvaz Bəyaz uzun illərdir Türkiyədə fəaliyyət göstərib və keçmişdə Sinop/Gerze-Yenikentdə jandarma maşınına, Sinop/Boyabatda polis maşınına, Trabzon/Düzköydə Jandarma Komandirliyinə bombalı hücumlar həyata keçirib.

Bəyaz bu çərçivədə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilməklə yanaşı, terrordan axtarılanlar siyahısında boz kateqoriyaya daxil edilib. O, İraq/Zap bölgəsində təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyatlara qarşı təşkil edilən hücumlara cavabdeh olub. İraqda həyata keçirdiyi fəaliyyətlərə görə MİT-in hədəf siyahısına daxil edilib.

Terrorçunun İraq/Qare bölgəsinə keçdiyi müəyyən edilib. MİT-in sahə agentlərinin əldə etdiyi kəşfiyyat məlumatına görə, Bəyaz terror təşkilatının rəhbərlərindən olan Murat Karayılandan aldığı təlimatla uzun illərdir fəaliyyət göstərdiyi Türkiyəyə köçməyi və metropollarda hərəkətə keçməyi planlaşdırıb. 

Sahə agentlərinin verdiyi məlumatdan dərhal sonra terrorçu Bəyaz MİT-in nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

629.jpg (53 KB)

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR