İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tramp Xameneiyə məktub GÖNDƏRDİ - Bunu TƏKLİF ETDİ

ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneiyə məktub göndərdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp Xameneiyə İranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edib.

"Cümə axşamı İran liderinə məktub göndərdim, İranla sövdələşməyə üstünlük verərdim", - o, "Fox Business"ə müsahibəsində bildirib.

Tramp "İran nüvə silahı əldə etməməlidir" deyə bir daha vurğulayıb. O, Tehranın Vaşinqtonla danışıqlar aparacağına ümid etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR