Onlayn ictimai-siyasi qəzet
İyulun 14-dən 15-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumi vilayətinə 85 dəfə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Sumi Regional Hərbi Administrasiyası "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, 34 yaşayış məntəqəsi atəşə tutulub.
"Kamikadze dron hücumu nəticəsində 12 mülki şəxs, o cümlədən 14 yaşlı bir uşaq yaralanıb", - məlumatda deyilir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ