İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya Qərbdən Ukraynaya silah aparan təyyarəni VURDU

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Qərb hərbi texnikasının böyük partiyası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsini havada vurub.

O, qeyd edib ki, təyyarənin göyərtəsində Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların böyük bir hissəsi olub.

Rusiya MN sözçüsü əlavə edib ki, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR