İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya Odessada taxıl terminalını atəşə tutdu

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk bildirib.

"Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, "Taxıl sazişi" ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində kənd təsərrüfatı müəssisəsini vurublar", - o deyib.

Məlumata görə, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər. Partlayış nəticəsində iki nəfər yaralanıb. Onlara bütün lazımi tibbi yardım göstərilib. Onun sözlərinə görə, raketlər Ukraynanın dövlət sərhədinə maksimum yaxınlaşmaqla çox aşağı hündürlükdə uçublar. Belə şəraitdə də raketlərin aşkarlanması çətindir.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər. Raket və kamikadze dronlardan istifadə edərək, limanlar, dayaqlar və ticarət şəbəkələrini hədəfə alıblar. Düşmənin hücumu nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Hücum zamanı Çin Konsulluğunun binasına da ziyan dəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR