Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərə gəlib.
Musavat.com xəbər verir ki, Azərbaycan Texniki Universitetində ŞKTR prezidentinə Fəxri Doktor Diplomunun təqdimat mərasimi keçirilib.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxışında deyib ki, Prezident Ersin bəy Tatar uzun illərdir Türk dünyasının həmrəyliyi, qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli şəkildə fəaliyyət göstərir:
“Onun liderliyi sayəsində Kipr Türk xalqı beynəlxalq siyasi mübarizədə öz haqq səsini ucaldır, ləyaqətli mövqeyini qoruyur və güclü gələcək qurur.
Bu fəaliyyət təkcə siyasət müstəvisində deyil, təhsil, mədəniyyət, elm və gənclər arasında əməkdaşlıq sahəsində də böyük əhəmiyyət daşıyır.
Şimali Kipr xalqının tarixən yaşadıqlarını xatırladan prezident bildirib ki, müstəqillik uğrunda davam ediləcək”.
Daha sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin Fəxri Doktor Diplomu təqdim edilib.
ŞKTR-ın Prezidenti Ersin Tatar çıxışında vurğulayıb ki, azərbaycan və kipr türk xalqı ilə bənzər taleyi yaşayıb:
“Biz həmişə savaşmışıq. Azərbaycanlılarla bənzər ağrıları yaşamışıq. İllərlə hər cür təzyiqə məruz qalmışıq. İlham Əliyev Türkiyə ilə birlikdə hər zaman Şimali Kiprə dəstəyini göstərib. Hər zaman dediyimiz kimi, biz bir millət, üç dövlətik. Can Azərbaycana hər şey üçün təşəkkür edirəm”.
Nigar HƏSƏNLİ
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ