Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ural bölgəsində “LUKOIL” şirkətinin rəhbəri Əhməd Hacıyevin saxlanılması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb: “Bildiyim qədərilə, “LUKOIL” şirkətinin bu bölgədə nə filialı var, nə də belə bir vəzifə və şəxs mövcuddur. Bu, klassik feykdir”, – deyə o, yayılan xəbərləri şərh edib.
Musavat.com xəbər verir ki, Zaxarova Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlara da toxunub:
“Biz bəzi media resurslarında Azərbaycanda guya rusdilli məktəblərin bağlanacağına dair xəbərlər gördük. Məsələ ilə bağlı dərhal çoxlu suallar yarandı və Azərbaycan Təhsil Nazirliyi bu məlumatı rəsmən təkzib etdi”.
Zaxarova, həmçinin bildirib ki, Rusiya bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayır və təhsil sahəsindəki bu cür məlumatlara həssas yanaşır.
“Bu təkzib vaxtında və yerində oldu. Çünki burada söhbət təkcə siyasi ritorikadan yox, konkret insanların taleyindən gedir”, – deyə diplomat vurğulayıb.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ