Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya və Almaniya arasında yeni müdafiə sazişinin imzalanması gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Mənbəyə görə, razılaşma tərəflərdən birinə qarşı “strateji təhlükə” yaranacağı təqdirdə qarşılıqlı hərbi yardım göstərilməsini nəzərdə tutur. Bu, iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
Sənəd təkcə hərbi əməkdaşlığı əhatə etmir. Eyni zamanda, sazişdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, elmi tədqiqatlar və innovasiyalar sahəsində əməkdaşlıqla bağlı müddəalar da yer alacaq.
Sazişin yaxın vaxtlarda rəsmiləşdirilməsi planlaşdırılır.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ