İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"la yollar ayrılır - Yeni komandası bəlli oldu

"Qalatasaray"ın texniki direktoru Okan Burukun heyət planlarında yer almayan almaniyalı yarımmüdafiəçi Kerem Demirbay karyerasını Super Liqanın digər təmsilçisində davam etdirəcək.

Milli.Az xəbər verir ki, məlumata görə, 31 yaşlı futbolçu İstanbul klubu "Eyüpspor"la razılığa gəlib.

Bldirilir ki, təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Kerem Demirbay "Eyüpspor"da 10 nömrəli formanı geyinəcək. Qeyd edək ki, bu forma daha əvvəl klubda Samu Saiz tərəfindən daşınıb.

Ötən mövsüm "Qalatasaray"ın heyətində 34 oyuna çıxan Demirbay 3 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının Super Liqa çempionluğunda pay sahibi olub. Buna baxmayaraq, texniki heyətin yeni mövsüm üçün planlarında yer almayan futbolçu üçün yeni səhifə artıq başlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR