İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! "Putinin aşpazı"ndan U dönüşü - "Vaqner" yenidən HƏRƏKƏTƏ KEÇİR

Ötən günlərdə Ukraynanın şərqindəki “son qalası” olan Baxmutdan əsgərlərini geri çəkəcəyini açıqlayan Rusiyanın muzdlu qruplaşması “Vaqner”in qurucusu Yevgeni Priqojin yeni açıqlama verib.

Musavat.com "Al Jazeera"yə istinadən xəbər verir ki, Priqojin Baxmut şəhərinə hücumu davam etdirmək üçün ona kifayət qədər silah və sursat vəd edildiyini bildirib.

"Putinin aşpazı" kimi tanınan Priqojinin bu sözləri “U” dönüşü kimi səciyyələndirilib.

Ukrayna tərəfi bildirib ki, “Vaqner” qüvvələrinin Baxmutdan geri çəkilməsinə dair heç bir əlamət yoxdur.

Ukrayna, həmçinin Rusiyanın hipersəs raketini ABŞ Patriot sistemi ilə vurduğunu açıqlayıb. Bildirilib ki, “Kinjal” raketi Kiyev səmasında vurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR