İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin ELAN ETDİ: Yaxın həftələrdə...

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin yaxın bir neçə həftə ərzində kasıb Afrika ölkələrinə pulsuz buğda çatdırılmasına başlanılacağını deyib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya buğdanı pulsuz verməklə yanaşı, onun çatdırılmasını da öz hesabına həyata keçirəcək.

Putin həmçinin Rusiyanın bazar qiymətindən aşağı qiymətlə Türkiyəyə 1 milyon ton buğda satacaqlarını deyib. Bu buğda Türkiyə dəyirmanlarında una çevrilərək Afrikanın kasıb ölkələrinə çatdırılacaq. Buğdanın dəyərini Qətər dövləti ödəyəcək. Rusiya prezidenti bu əməliyyatın Taxıl sazişini əvəz etmədiyini də qeyd edib.

Xatırladaq ki, Putin iyulda Afrika ölkələri nümayəndələri ilə görüşündə 6 ölkəyə - Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreya kimi ölkələrin hər birinə əvəzsiz olaraq 25-50 min ton taxıl göndərəcəklərini elan edib.

Maraqlıdır ki, avqust ayında Eritreya Rusiyadan ən çox buğda alan ölkələr sırasında olub. İndiyə qədər bu ölkə Rusiyadan buğda almayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR