İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Polşa Ukrayna üçün HƏRƏKƏTƏ KEÇDİ - Rəsmi proses başladı

Polşanın müdafiə naziri Mariusz Blaşçak ordunun inventarında olan Almaniya istehsalı "Leopard 2" tanklarının Ukraynaya göndərilməsi üçün Berlinə rəsmi müraciət edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, icazə ərizəsinin ünvana çatdığını bildirən nazir Almaniya rəhbərliyini Leopard tankları ilə Ukraynaya dəstək verəcək dövlətlər koalisiyasına qoşulmağa çağırıb.

"Bu bizim ümumi narahatlığımızdır, çünki bütün Avropanın təhlükəsizliyi sual altındadır", - Blaşçak deyib.

Xatırladaq ki, Polşanın Baş naziri Mateuş Moraviecki Almaniyanın Ukraynaya Leopard tanklarını tədarük etməyə razı olmayacağı təqdirdə ölkəsinin digər dövlətlərdən ibarət “kiçik koalisiya”nın tərkibində öz inventarında olan “Leopard” tanklarını Kiyevə verməyə hazır olduğunu bildirib.

"Ukrayna və Avropa Almaniya ilə və ya Almaniyasız bu müharibədə qalib gələcək", - Moraviecki deyib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə bəyan edib ki, Berlin Polşanın bu qərarına qarşı çıxmır.

Qeyd edək ki, Ukrayna Qərbdən tank yardımı gözləyir.

Berlin Kiyevin təcili gözlədiyi Almaniya istehsalı olan tankları Ukraynaya göndərmək istəmədiyi üçün müttəfiqlərinin sərt reaksiyası ilə üzləşir. Görünən odur ki, Almaniya bu reaksiyalardan sonra qərarını dəyişsə belə, tankların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün deyil. “Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Almaniya istehsalı olan “Leopard” tankları Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, İspaniya, Çexiya, Türkiyə, Macarıstan kimi Aİ və NATO ölkələrində mövcuddur və Polşa özündə olan “Leopard” tanklarının Kiyevə çatdırılması üçün işlərə başlayıb. Dünyada müxtəlif orduların xidmətində təxminən 2670 ədəd “Leopard 2” tankı var. Təxminən 64 ton ağırlığında olan “Leopard” saatda 70 kilometr sürətə çata bilir və 120 millimetrlik hamar lüləli silahla 5 min metrə qədər hədəfləri vura bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR