Onlayn ictimai-siyasi qəzet
Hərbi ekspert Oleq Kuznetsov deyib ki, yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək - erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcək.
Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır.
Bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib.
O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir:
“Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”.
O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək. Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Qaqik Melkonyan deyib ki, Ermənistan Laçın dəhlizində yaranan situasiyaya müdaxilə edə bilməz və “bu, Ermənistanın işi deyil”.
Hakim partiyadan olan Ovik Ağazaryan isə Qarabağdakı separatçılara xitabən deyib: “Qarabağ erməniləri Ermənistan hökumətindən nə istəyirlər? Biz nə edək, Azərbaycana müharibə elan edək?”.
TVMusavat-ın canlı yayınında politoloq Vaqif Hüseynlə bölgədəki son vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ