Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbədənkənar sessiyasının iclası öz işinə başlayıb.
Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova bildirdi ki, ilk olaraq Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Milli Məclis üzvlərinin Prezident İlham Əliyevə müraciəti qəbul ediləcək.
Parlament sədri sözügedən məsələ ilə bağlı çıxış edib.
Hazırda deputat Hikmət Məmmədov hakim Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Prezidentə müraciətin mətnini təqdim edir.
E.Paşasoy,
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ