İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! NATO hərəkətə keçir - 12-23 iyun tarixlərində...

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) gələn həftə ən böyük hava təlimini keçirəcək.

Musavat.com xəbər verir ki, 12-23 iyun tarixləri arasında Almaniyanın ev sahibliyi edəcəyi “Air Defender 23” təliminə 25 ölkədən 200-dən çox təyyarə və 10 min personal qatılacaq.

Təlimdə NATO üzvü olan istənilən ölkəyə qarşı şərti hücuma cavab veriləcək.

ABŞ-ın Berlindəki səfiri Emi Qutman deyib: "Bu, şübhəsiz ki, izləyən hər kəsi heyran edən bir məşq olacaq. Bu, həm də NATO-dakı müttəfiq qüvvələrimizin çevikliyini və cəldliyini nümayiş etdirəcək."

Təlimi koordinasiya edən Almaniya Hərbi Hava Qüvvələrinin general-leytenantı İnqo Gerhartz isə təlim haqqında bunları bildirib: "Biz göstəririk ki, NATO ərazisi bizim qırmızı xəttimizdir və biz bu ərazinin hər qarışını müdafiə etməyə hazırıq. Amma biz, məsələn, Kaliniqrad istiqamətində heç bir uçuş həyata keçirməyəcəyik. Bu təlim müdafiə xarakteri daşıyır".

Rusiyanın Avropadakı yeganə torpağı Kalininqrad Baltik dənizində Litva və Polşa arasında yerləşir.

Qeyd edək ki, “Air Defender 23” NATO-nun yarandığı 1949-cu ildən bəri təşkil etdiyi ən böyük hava təlimidir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR