İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mühüm SÜLH müzakirəsi BU GÜN BAŞLAYIR - İki ölkədən bəyanat

Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələrinin nümayəndələri arasında müzakirə öncəsi danışıqlar bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ABŞ və Səudiyyə Ərəbistanı adından verdiyi birgə bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ştatlar hər iki tərəfi Sudan xalqının maraqlarını nəzərə almağa, atəşkəs üçün razılaşmağa və münaqişəyə son qoymağa yönəlmiş danışıqlarda fəal iştirak etməyə çağırır.

Xatırladaq ki, aprelin 15-də Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (RSF) arasında döyüş başlayıb və nəticədə ölkədə daxili qarşıdurma yaranıb. Aprelin sonunda elan edilən atəşkəsdən sonra xarici dövlətlər öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatının humanitar əlaqələr qurumları ölkədəki fövqəladə vəziyyətə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR