İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Moskva sözünü tutmadı - Ukraynanın "B" planı BƏLLİ OLDU

Türkiyə və Beynəlxalq Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə 2022-ci ilin iyul ayından etibarən Qara dəniz bölgəsində həyata keçirilən Taxıl Dəhlizi razılaşmasının təşviş doğurduğunu bildirən Ukrayna öz taxıl məhsullarını dünya bazarlarına çıxarmaq üçün “B” planı üzərində çalışdığını açıqlayıb. 

Musavat.com xəbər verir ki, Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov Taxıl dəhlizi müqaviləsinin sonuncu dəfə mayın 18-də uzadılmasına baxmayaraq, Rusiyanın razılaşmanı sabotaj etdiyini iddia edib.

“İyunun 1-dən İstanbuldakı müştərək yoxlama mərkəzi Ukrayna limanlarından taxıl yükləri qəbul edəcək gəmilərə icazə verə bilməyib. Rusiya tərəfi yoxlama işini boykot edir”.

Ukraynanın Kənd Təsərrüfatı naziri Nikolay Solski də təxminən 2,4 milyon ton taxıl yüklü 50 gəminin gözlədiyini və Rusiya ilə dördtərəfli razılaşma yerinə B planı üzərində işlədiklərini bildirib.

Yeni plana əsasən, Rusiyanın dördlü taxıl sazişindən xaric olunması nəzərdə tutulur. Gəmilərə sığorta xidmətlərini Ukrayna öz üzərinə götürəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR